Bank Of Baku

Şamaxı və Yevlax rayonlarında daha iki kənd qazlaşdırılıb

Şamaxı və Yevlax rayonlarında daha iki kənd qazlaşdırılıb
# 17 mart 2011 15:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Martın 17-də Novruz ərəfəsində Yevlax rayonunun Cırdaxan kəndinə 20 ildən sonra ilk dəfə olaraq təbii qaz verilib.

«APA-Economics»in məlumatına görə, həmin gün Şamaxı rayonunun Nağaraxana kəndinə də qaz verilib.

Hər iki kənddə bu münasibətlə təntənəli mərasim keçirilib. “Azəriqaz” İB-nin və rayonların rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etdiyi tədbirlərdə bildirilib ki, Novruz bayramı ərəfəsində Cırdaxan kəndinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qazpaylayıcı stansiyadan müasir standartlara cavab verən polietilen borularla 2700 metr uzunluğunda daşıyıcı qaz kəməri çəkilib, kənddəki 86 evdən 29-u “mavi yanacaq”la təchiz edilib. Digər evlərin qazlaşdırılması Novruz bayramına kimi başa çatdırılacaq.

Şamaxının Nağaraxana kəndində isə birpilləli sistem əsasında polietilen borularla 22000 metr müxtəlif diametrli qaz xətləri çəkilib, 800 mənzildən 300-nə sayğac quraşdırılaraq mavi yanacaq verilib. Ayın sonuna kimi bütün mənzillərin təbii qazla təmin olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR