Bank Of Baku

Bu ilin ilk iki ayında Azərbaycanda neft məhsullarının istehsalı 10%-dən çox azalıb

Bu ilin ilk iki ayında Azərbaycanda neft məhsullarının istehsalı 10%-dən çox azalıb
# 18 mart 2011 07:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalında 10,3% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə avtomobil benzininin istehsalı 13,9% azalaraq 167,1 min ton, ağ neftin istehsalı 9,2% azalaraq 88,9 min ton, dizel yanacağının istehsalı 16,8% azalaraq 350,3 min ton olub, sürtgü yağlarının istehsalı isə 1,8 dəfə artıb.

Neft emalı müəssisələrinin anbarlarında 31,4 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 14,7%-i qədər hazır məhsul olub.

Cari ilin martın 1-i vəziyyətinə əsas istehlakçılarda 304,9 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8% az mazut yanacağı, 18 min ton və ya 1,1% çox avtomobil benzini, 16,6 min ton və ya 14,5% çox dizel yanacağı, 1,9 min ton və ya 18,7% çox maye qaz, 1,8 min ton və ya 12,5% çox sürtgü yağları, 6,1 min ton və ya 10,3% az daş kömür ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR