Bank Of Baku

Rusiyanın energetika naziri: “Hələlik “Cənub axını”ndan imtina etmirik”

Rusiyanın energetika naziri: “Hələlik “Cənub axını”ndan imtina etmirik”
# 18 mart 2011 08:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Rusiya hələlik “Cənub axını” qaz kəməri layihəsindən imtina etmək variantına baxmır”. “APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın energetika naziri Sergey Şmatko bildirib.

“Biz məsələni belə prinsipial qoymuruq” - deyən nazir bununla baş nazir İqor Seçinin bəyanatına cavab verib.

Qeyd edək ki, bir gün əvvəl “Kommersant” qəzeti İ.Seçinə istinadən Rusiyanın “Cənub axını”ndan imtina etmək məsələsinə baxdığını, əvəzində Rusiya qazının Avropaya sıxılmış variantda nəql ediləcəyini yazıb.

Qara dəniz sahilində tikiləcək sıxılmış qaz zavodundan qazın nəqlini S.Şmatko da sərfəli variant sayır. Bununla yanaşı, nazir bildirib ki, hazırda Energetika Nazirliyi “Cənub axını” layihəsi üzrə qazın nəqli üçün bir neçə alternativ varianta baxır. Yaxın vaxtlarda nazirlik “Qazprom”la birgə hazırlanmış dəqiq məlumatları təqdim edəcək: “Bu layihəni uğurlu, iqtisadi məqsədəuyğunluqla həyata keçirmək üçün azı bir neçə alternativ var”.

Xatırladaq ki, “Cənub axını” qaz kəməri layihəsi Avropanın qaza olan ehtiyacını Rusiya qazı hesabına ödəməyi nəzərdə tutur. Bu baxımdan “Cənub axını” kəməri Avropa ölkələrinin dəstəklədiyi “Nabucco” layihəsinin birbaşa rəqibidir. Smeta dəyəri 25-30 mlrd. dollar arasında qiymətləndirilən layihənin son marşrutu hələlik müəyyənləşdirilməyib. Kəmərin ümumi uzunluğu 900 km, ötürmə qabiliyyəti ildə 63 mlrd. kubmetr olacaq. Rusiya indiyədək Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya və Xorvatiya ilə layihənin quru hissəsinin reallaşması üçün hökumətlərarası sazişlər imzalayıb. 2015-ci ilin dekabrında işə salınması gözlənilən kəmərin tikintisi ilə Rusiyanın “Qazprom” şirkəti, İtaliyanın “ENİ” konserni və Fransanın “Electricite de France” (EdF) şirkəti məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR