Bank Of Baku

«Azərenerji» bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

«Azərenerji» bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
# 18 mart 2011 10:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azərenerji» ASC bayram günlərində istehlakçıların tələbata uyğun elektrik enerjisi ilə təmin edilməsi üçün tədbirlər planı həyata keçirib. ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, adi günlərə nisbətən elektrik enerjisinə olan tələbatın artması ilə əlaqədar elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində əsas iş rejimində işləyəcəklərinə baxmayaraq, hər hansı çətinliklərin yaranması gözlənilmir.

Səhmdar cəmiyyətinin məlumatına görə, Novruz bayramı üçün nəzərdə tutulan 9 gün ərzində stansiyaların keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrdə məsul növbətçilər və qəza-bərpa briqadaları fəaliyyət göstərəcək.

Tədbirlər planına uyğun olaraq, istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təchiz etmək üçün martın 19-dan bütün regional elektrik şəbəkəsi müəssisələri gücləndirilmiş iş rejiminə keçəcəklər. Proses martın 28-dək davam edəcək. Həmin günlər üçün elektrik verilişi xətləri və yarımstansiyalar üzrə təşkil olunmuş növbətçi briqadalar iş yerlərində olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR