Bank Of Baku

Türkiyədə üç atom elektrik stansiyası tikiləcək

Türkiyədə üç atom elektrik stansiyası tikiləcək
# 18 mart 2011 11:23 (UTC +04:00)
Bakı - APA-Economics. Türkiyə 2023-cü ilədək ölkənin respublika elan olunmasının 100 illiyi münasibətilə üç atom elektrik stansiyası (AES) tikəcək. “APA-Economics”in xəbərinə görə, bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız “Akşam” qəzetinə müsahibəsində bildirib.

“Biz Yaponiyada baş verən faciədən ibrət dərsi götürürük, amma bu, AES-lərin tikintisindən imtina etməyimizə gətirib çıxarmayacaq” - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, birinci AES Aralıq dənizi sahillərindəki Mersin şəhərinin Akkuyu sahəsində Rusiyanın iştirakı ilə tikiləcək. İkinci AES-in Sinopda (Qara dəniz) tikilməsi planlaşdırılır. Türkiyə bu AES-in tikintisi ilə bağlı Yaponiyanın “TEPCO” və “Toshiba” şirkətləri ilə danışıqlar aparır.

T.Yıldız əlavə edib ki, üçüncü AES-in tikintisi üçün yer də artıq seçilib, orada seysmoloji tədqiqatlar aparılıb.

Türkiyə müxalifəti isə Yaponiyada baş verən zəlzələnin nəticələrini əsas gətirərək, Rəcəb Tayyib Ərdoğan hökumətini AES tikintisi planlarından imtina etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR