Bank Of Baku

Masallı və Sabirabadda iki kənd qazlaşdırılıb

Masallı və Sabirabadda iki kənd qazlaşdırılıb
# 18 mart 2011 11:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Masallı rayonunun Qızılavar və Sabirabadın Kürkəndi kəndlərinə təbii qaz verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, martın 18-də bununla bağlı həmin kəndlərdə təbii qazın verilməsi ilə əlaqədar tədbirlər keçirilib.

“Azəriqaz” İB-nin və rayonların rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirilib ki, Qızılavar kəndinin qazlaşdırılması məqsədilə 46500 metr uzunluğunda polietilen borularla müxtəlif diametrli qaz xətləri çəkilib, 1000 mənzildən 250-si təbii qazla təmin olunub. Ayın sonuna kimi isə bütün mənzillərin qazlaşdırılması nəzərdə tutulub.

Kürkəndi kəndini “mavi yanacaq”la təmin etmək məqsədilə 31000 metr uzunluğunda daşıyıcı polietilen, 25000 metr uzunluğunda məhəllədaxili boru xətləri çəkilib, kənddəki 418 mənzilin hamısı təbii qazla təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR