Bank Of Baku

«Azpetrol» Şabranda yeni yanacaqdoldurma məntəqəsi açıb

«Azpetrol» Şabranda yeni yanacaqdoldurma məntəqəsi açıb
# 19 mart 2011 16:40 (UTC +04:00)
Şabran. Zaur Quliyev – APA. Bu gün Azərbaycanın Şabran rayonunda «Azpetrol» şirkətinin yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Bu, «Azpetrol»un respublika üzrə sayca 72-ci yanacaqdoldurma məntəqəsidir. Yeni məntəqənin açılışında «Azpetrol» şirkətinin baş direktoru Hüseynağa Rəhimov, Şabran rayon İcra Hakimiyyətinin nümayəndələri və yerli əhali iştirak edib.

APA-nın yerli bürosunun məlumatına görə, açılış mərasimində çıxış edən H.Rəhimov bildirib ki, son zamanlar ölkə iqtisadiyyatına böyük həcmdə investisiya yatırılır və bunun böyük hissəsini daxili sərmayələr təşkil edir. «Bu, bir tərəfdən Azərbaycan dövlətinin gücünün artdığını, digər tərəfdən isə investisiyaların müəyyən hissəsinin özəl sektorun payına düşdüyünü göstərir. Özəl sektor da Azərbaycanda gedən uğurlu proseslərdən bəhrələnir və günü-gündən güclənir», - deyə şirkət rəhbəri vurğulayıb.

Bununla yanaşı, şirkətin prezidenti bildirib ki, bu il «Azpetrol» Qobustan, Ağsu, İsmayıllı, Göy-Göl və Şəki rayonlarında da yeni yanacaqdoldurma məntəqələri istifadə verməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR