Bank Of Baku

Azərbaycanda hazır metal məmulatlarının istehsalı 26% azalıb

Azərbaycanda hazır metal məmulatlarının istehsalı 26% azalıb
# 23 mart 2011 16:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 41,8 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə artıqdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə istehsalın həcmi metallurgiya sənayesində 68,7% artıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 26% azalıb.

Yanvar-fevral ayları ərzində sahədə 40,1 min ton və ya 2 dəfə çox polad tökmə məhsulları, 36 min ton və ya 64,2% çox armatur istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR