Bank Of Baku

Sabah Tiflisdə 10-cu Gürcüstan Beynəlxalq Neft, Qaz, İnfrastruktur və Enerji Konfransı başlayır

Sabah Tiflisdə 10-cu Gürcüstan Beynəlxalq Neft, Qaz, İnfrastruktur və Enerji Konfransı başlayır
# 28 mart 2011 07:04 (UTC +04:00)
Gürcüstanın Enerji Nazirliyi, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyi, Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Gürcüstan Beynəlxalq Neft, Qaz Korporasiyası(GOGC) və Böyük Britaniya-Gürcüstan Ticarət Palatasının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbirdə 150-dən çox qonağın iştirak edəcəyi gözlənilir.

“GIOGIE 2011” Konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini (SAM) enerji məsələləri üzrə ekspert Gülmirə Rzayeva təmsil edəcək.

SAM-dan “APA-Economics”-ə verilən məlumata görə, tədbirdə Gürcüstanın neft, qaz, energetika və infrastrukturu sektorunda son işləmələr, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər-Qara Dəniz enerji koridoru, regional enerji layihələri, nəqletmə, beynəlxalq və yerli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Azərbaycanın enerji siyasəti və digər bu kimi məsələlər əsas müzakirə mövzuları olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR