Bank Of Baku

Qardabani-Samux yüksək gərginlikli elektrik xəttinin tikintisi gələn il başa çatacaq

Qardabani-Samux yüksək gərginlikli elektrik xəttinin tikintisi gələn il başa çatacaq
# 28 mart 2011 07:14 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan və Azərbaycan arasında 500 kV-luq Qardabani-Samux yüksək gərginlikli elektrik xəttinin tikintisi 2012-ci ilin əvvəlində başa çatacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Dövlət Elektrik Sistemindən məlumat verilib.
“Yaxın günlərdə Gürcüstan və Azərbaycan arasında Qardabani-Samux elektrik xəttinin tikintisi ilə bağlı müvafiq müqavilənin imzalanması planlaşdırılır” - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu yaxınlarda “Azərenerji” ASC-nin nümayəndə heyəti şirkətin prezidenti Etibar Pirverdiyev başda olmaqla layihənin detallarını müzakirə etmək məqsədilə Gürcüstanda səfərdə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR