Bank Of Baku

Liviya üsyançıları neft ixracına başlayır

Liviya üsyançıları neft ixracına başlayır
# 28 mart 2011 07:20 (UTC +04:00)
Bakı - APA-Economics. Liviya üsyançıları Qətər hökuməti ilə ələ keçirdikləri ərazilərdən neft ixracına dair razılığa gəlib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə üsyançıların iqtisadi sektor və neft sahəsi üzrə məsul şəxsi Əli Tərxuni açıqlama verib.

Onun sözlərinə görə, Qətərə növbəti neft nəqli yaxın bir həftədə baş tutacaq. Ə.Tərxuni qeyd edib ki, üsyançıların nəzarətində olan ərazilərdəki yataqlardan hazırda sutkada 100-130 min barel neft çıxarılır: “Bu rəqəm 300 min barelə çatdırıla bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR