Bank Of Baku

Rusiya və Avropa İttifaqı atom energetikasının inkişafı məsələlərini müzakirə edəcək

Rusiya və Avropa İttifaqı atom energetikasının inkişafı məsələlərini müzakirə edəcək
# 28 mart 2011 13:17 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya və Avropa İttifaqı yaxın vaxtlarda atom energetikasının inkişafı məsələlərini müzakirə edəcək. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın energetika naziri Sergey Şmatko açıqlama verib.

“Biz yaxın vaxtlarda avropalı həmkarlarımızla, o cümlədən energetika məsələləri üzrə avrokomissarla Avropa görüşüb atom energetikası sahəsində vəziyyəti müzakirə edəcəyik” - deyə S.Şmatko bildirib.

Qeyd edək ki, Yaponiyanın “Fukusima-1” EAS-ində zəlzələ və sunami nəticəsində baş verən qəza dünyanın bir çox ölkələrində atomun dinc məqsədlərlə inkişafı proqramlarını bağlanmaq təhlükəsi ilə üzbəüz qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR