Bank Of Baku

Etibar Pirverdiyev: «Son 7 ildə Azərbaycanda 1 500 MVt gücündə 10 elektrik stansiyası istismara verilib»

Etibar Pirverdiyev: «Son 7 ildə Azərbaycanda 1 500 MVt gücündə 10 elektrik stansiyası istismara verilib»
# 28 mart 2011 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 7 il ərzində Azərbaycanda 10 elektrik stansiyası tikilərək 1 500 MVt-dan artıq yeni generasiya gücləri istismara verilib və mövcud stansiyaların yenidən qurulması nəticəsində 600 MVt əlavə güc artımı əldə edilib. «APA-Economics»in YAP-ın rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın elektrik enerjisi sisteminin tərkibinə 13 istilik və 6 su elektrik stansiyası daxildir: «Onların ümumi qoyuluş gücü 6 400 MVt-a yaxındır. Ölkədə istehsal edilən elektrik enerjisinin 90%-ə yaxın hissəsi istilik, qalan hissəsi isə su elektrik stansiyalarının payına düşür».

«Azərenerji» rəhbəri onu da bildirib ki, mövcud stansiyalar modernləşdirilib, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edilib: «Nəticədə, stansiyaların faydalı iş əmsalı artıb, 1 kVt/saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı əhəmiyyətli dərəcədə azalıb».

Azərbaycanın yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramına (2005-2015-ci illər) gəldikdə isə, E.Pirverdiyev qeyd edib ki, proqram 10 il ərzində ölkənin yanacaq-enerji resurslarına olan tələbatını tam ödəməklə bərabər bu sahənin yenidən qurulmasını, müasir avadanlıqlarla təchizatını, modernləşdirilməsini, nisbətən güc çatışmazlığı ilə üzləşən enerji sistemi yaxın gələcəkdə kifayət qədər güc mənbəyinə malik sistemə çevirməyi nəzərdə tutur: «Bununla əlaqədar, «Azərenerji» üzrə 2015-ci ilə qədər uzunmüddətli və 2008-ci ilə qədər qısamüddətli proqramlar müəyyən olunub. Qısamüddətli proqram mövcud problem və çatışmazlıqların aradan qaldırılmasını, enerji təchizatında çətinlik yaranmış bölgələrdə yeni generasiya güclərinin işə salınmasını, mövcud elektrik şəbəkələri infrastrukturun yenidən qurulmasını, müasirləşdirilməsini, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsini, uzunmüddətli proqram isə sahənin qabaqcıl templə inkişaf etdirilməsini və ölkənin elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsini nəzərdə tutur. Proqramda nəzərdə tutulmuş işlər qrafikə uyğun davam etdirilir. Belə ki, bölgələrdə enerji təchizatının yaxşılaşdırılması məqsədilə 2005-ci ilin əvvəlindən enerji sisteminin sistemtəşkiledici yarımstansiyalarında artıq yüklənmə rejimində işləyən transformatorları daha güclüləri ilə əvəz etməklə yenidənqurma işləri aparılıb. Blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının enerji təchizatının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilib. Ümumiyyətlə, proqrama uyğun olaraq 2010-cu ilədək ümumi gücü 2 500 MVA olan 600 transformator quraşdırılıb və ümumi uzunluğu 30 min km-dən artıq elektrik verilişi xətləri istifadəyə verilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR