Bank Of Baku

Azərbaycan yeni elektrik stansiyalarının inşasına başlayır

Azərbaycan yeni elektrik stansiyalarının inşasına başlayır
# 28 mart 2011 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 7 il ərzində Azərbaycanın enerji sisteminin generasiya gücünün artımı 2 100 MVt-dan artıq olub. «APA-Economics»in YAP-ın rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, artıq «Azərbaycan» İES-də yenidənqurma işləri 1, 2, 3, 4, 5 və 8-ci enerji bloklarında başa çatıb, 6 və 7-ci bloklarda yekunlaşmaq üzrədir: «Bu işlər başa çatdırıldıqdan sonra stansiyanın imkan gücü 2 000 MVt-dan 2 600 MVt-a yüksələcək».

E.Pirverdiyev qeyd edib ki, «Mingəçevir» SES-də yenidənqurmaya hazırlıq işləri aparılır, avadanlıqların gətirilməsinə başlanılıb. «Varvara» SES-də söküntü işləri və yenidənqurmaya hazırlıq işləri aparılır. Yenidənqurma işləri nəticəsində bu stansiyalarda 90 MVt əlavə generasiya gücü əldə ediləcək. Eyni zamanda vaxtı ilə istismarda olan, sonradan fəaliyyəti dayandırılmış bir neçə kiçik SES-in bərpası üzrə tədbirlər hazırlanır: «Bütün bunlarla yanaşı, yeni elektrik stansiyalarının tikintisi layihələri həyata keçirilir».

ASC-nin rəhbəri bildirib ki, hazırda Şirvan şəhərində 780 MVt-lıq buxar-qaz qurğulu «Cənub» elektrik stansiyasının tikintisində işlər müəyyən edilmiş qrafikə uyğun davam etdirilir. Stansiya işə düşdükdən sonra ildə orta hesabla 700 min ton yanacağa qənaət ediləcək: «Cari ilin sonunda istismara verilməsi nəzərdə tutulan bu stansiya elektrik enerjisi sistemində mühüm rol oynayacaq».

Bundan başqa, Füzuli rayonunda Yuxarı Mil suvarma kanalı üzərində inşa edilən 25 MVt gücündə Füzuli Su Elektrik Stansiyasının tikintisi Aran bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi ilə yanaşı pik güclərinin artırılmasına kömək edəcək. Stansiyanın tikintisi cari ilin ortalarında başa çatdırılacaq.

«Kür çayı üzərində ümumi gücü 400 MVt olan Tovuz Su Elektrik Stansiyasının da tikintisinə başlanılması nəzərdə tutulub. Bu çox böyük və mühüm layihədir və bu stansiyanın tikintisi su resurslarından daha səmərəli və çevik istifadə olunmasına imkan yaradacaq», - deyə E.Pirverdiyev bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR