Bank Of Baku

Kulevi neft terminalında yanalma körpüsünün korroziyadan mühafizə layihəsi həyata keçirilir

Kulevi neft terminalında yanalma körpüsünün korroziyadan mühafizə layihəsi həyata keçirilir
# 28 mart 2011 15:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Kulevi neft terminalı yanalma körpüsünün korroziyadan mühafizə layihəsinin icrasına başlanılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, yanalma körpüsündə aparıcı konstruksiyaların möhkəmləndirilməsi üçün istifadə edilən polad svayların korroziyaya uğrama ehtimalı mövcud olduğu üçün belə bir layihənin reallaşdırılmasına ehtiyac yaranıb.

Layihənin Kulevi Qara dəniz Terminalının mühəndisləri ilə ARDNŞ-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında əməkdaşlıq çərçivəsində icra olunması nəzərdə tutulur. Üç mərhələdən ibarət olacaq layihənin birinci mərhələsində polad svaylar yoxlamadan keçirilir. Növbəti mərhələdə elektrokimyəvi mühafizənin və katod mühafizə sxeminin tətbiqi qiymətləndiriləcək, sonuncu mərhələdə isə tətbiq olunacaq metodlar müəyyən edilərək müvafiq məsləhətlər hazırlanacaq.

Bu günlərdə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun mütəxəssislərindən ibarət qrup terminalda olub, birgə tədbirlər nəticəsində layihənin birinci mərhələsi başa çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR