Bank Of Baku

“LUKoil” prezidenti neftin cari qiymətlərini ədalətsiz sayır

“LUKoil” prezidenti neftin cari qiymətlərini ədalətsiz sayır
# 29 mart 2011 13:38 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya bazarında neftin ədalətli qiyməti 1 barelə görə 70-90 dollar olmalıdır. “APA-Economics”in xəbərinə görə, bu bəyanatla Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov şirkətin daxili audit məsələlərinə həsr olunmuş müşavirəsində bildirib.

V.Ələkbərov bildirib ki, məhz neftin qiymətinin yüksək olması qlobal iqtisadi böhranın əsas səbəblərindən biri olub. 2008-ci ildə neftin 1 barelinin qiyməti 140 dollara qalxıb. Hazırda isə bu qiymət 100-114 dollar arasında dəyişir.

“LUKoil” prezidenti qeyd edib ki, onun şirkəti neftin ədalətli və stabil qiymətinə tərəfdardır: “Çünki məhz bu qiymətlər bütövlükdə iqtisadiyyata müsbət təsir edir, bu isə karbohidrogen ehtiyatlarına tələbatın artmasını təmin edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR