Bank Of Baku

Avropalı komissar Rusiyanı “Nabucco” layihəsinin inkişafına mane olmamağa çağırıb

Avropalı komissar Rusiyanı “Nabucco” layihəsinin inkişafına mane olmamağa çağırıb
# 29 mart 2011 15:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA-Economics. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Rusiyanı Mərkəzi Asiya ölkələrinə təzyiqləri dayandırmağa çağırıb.

APA-nın “Frans-Press”ə istinadən məlumatına görə, G.Ottinger bildirib ki, bu təzyiqlər “Nabucco” layihəsinin inkişafına mane ola bilər.

Onun sözlərinə görə, “Nabucco” “Cənub axını”na birbaşa rəqib deyil: “Mən Rusiyanı qaz məsələlərində bir tərəfdaş kimi dəyərləndirirəm. Amma üçüncü ölkələrlə bağlı mən qısa yolu üstün bilirəm, Rusiyadan keçən dairəvi yolu yox”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR