Bank Of Baku

BP neft axınından zərər çəkənlər haqqında məlumatları itirib

BP neft axınından zərər çəkənlər haqqında məlumatları itirib
# 30 mart 2011 11:22 (UTC +04:00)
Bakı - APA-Economics. BP şirkətinin əməkdaşı Meksika körfəzində baş verən neft axınından zərər çəkən Luiziana ştatının (ABŞ) 13 min vətəndaşı haqqında məlumatların saxlandığı noutbukunu itirib.

APA-Economics”in “USA Today”ə istinadən xəbərinə görə, noutbuk şifrə ilə qorunurmuş, amma vətəndaşlar haqqında məlumatlar şifrələnməyib. İtirilmiş noutbukun yaddaşında vətəndaşların adları, telefonları və sığorta polislərinin nömrələri qeyd olunub. bu məlumatların surətinin olub-olmadığı haqda məlumat verilmir.

BP insidentlə əlaqədar sözügedən vətəndaşları mümkün təhlükə barədə xəbərdar edib və maxinasiyaların qarşısını almaq üçün xidmətləri kredit monitorinqi vasitəsilə ödəməyi təklif edib. Hələlik itirilmiş məlumatlardan çirkin məqsədlərlə istifadəsi barədə hər hansı fakt yoxdur.

Maraqlıdır ki, noutbuk martın 1-də itsə də, BP bu haqda yalnız ayın sonunda açıqlama verib. Şirkət bunu insidentlərin araşdırılması qaydaları və daxili təhqiqatın aparılması ilə izah edir.

Xatırladaq ki, BP-nin Meksika körfəzindəki “Deepwater Horizon” platforması ötən il aprelin 22-də 36 saatlıq yanğından sonra batıb. Bu zaman baş verən partlayış 11 nəfərin həyatına son qoyub. Bu, ABŞ tarixində ən böyük ekoloji fəlakət sayılır. ABŞ hökuməti Meksika körfəzində baş vermiş neft axınına görə məsuliyyəti BP-nin üzərinə qoyub. Şirkət 20 mlrd. dollar təzminat ödəmək üçün xüsusi fond yaratmağa razılaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR