Bank Of Baku

OPEK ölkələrinin gəliri bu il 1 trln. dollara çata bilər

OPEK ölkələrinin gəliri bu il 1 trln. dollara çata bilər
# 30 mart 2011 13:37 (UTC +04:00)
Bakı - APA-Economics. Neftin 1 barelinin qiyməti 100 dollardan yuxarı olarsa, OPEK ölkələrinin gəliri 2011-ci ildə ilk dəfə olaraq 1 trln. dollara çata bilər.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin ekspertləri proqnoz verib.

BEA-nın baş iqtisadçısı Fatih Birol bildirib ki, cari ildə OPEK-in ixrac etdiyi neftin həcmi 2008-ci il göstəricisindən bir qədər aşağı olacaq: “Həmin vaxt OPEK ölkələrinin gəliri 990 mlrd. dollar təşkil etmişdi”.

Ekspertin fikrincə, neftin bahalaşmasından udan ölkələrdən biri də Rusiya olacaq: “Neftin 1 barelinin qiyməti orta hesabla 100 dollar olarsa, Rusiyanın neft-qaz gəlirləri bu il 100 mlrd. dollar artaraq 350 mlrd. dollara çata bilər”.

Qeyd edək ki, OPEK-ə Səudiyyə Ərəbistanı, Venesuela, Əlcəzair, İran və Küveyt daxildir. Dünya neft hasilatının 40%-i OPEK-in payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR