Bank Of Baku

ARDNŞ yeni axtarış quyusu qazır

ARDNŞ yeni axtarış quyusu qazır
# 30 mart 2011 13:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorunda yeni axtarış quyusu qazır.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu günlərdə Kompleks Qazma İşləri Trestinin «Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İdarəsi tərəfindən «Ələt-dəniz» yatağındakı 63 nömrəli özüldən 23 nömrəli quyunun qazmasına başlanıb. Quyunun layihə dərinliyi 4 900 metr təşkil edir.

Qeyd edək ki, məhsuldar qatın alt şöbəsinin neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi məqsədi daşıyan quyu Qirməki Altı Lay Dəstəsinə qazılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR