Bank Of Baku

Azərbaycanda ilk təbii boyalar istehsalı müəssisəsi tikiləcək

Azərbaycanda ilk təbii boyalar istehsalı müəssisəsi tikiləcək
# 30 mart 2011 14:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın Göyçay rayonunda ölkədə ilk dəfə təbii boya zavodunun tikintisi planlaşdırılır. Bu barədə «APA-Economics»ə təbii boya və qida əlavələri sektorunda çalışan «Bürc» MMC-nin direktoru Mahir Paşayev bildirib.

M.Paşayevin sözlərinə görə, söhbət xalçaçılıq, toxuculuq sənayesində istifadə olunan təbii boyaların və qida əlavələrinin - inqrediyentlərin və emulqatorların istehsalından gedir.

Qeyd edək ki, Azərbaycanda indiyədək belə istehsal mövcud olmayıb. Hazırda şirkət müəssisənin yaradılması ilə bağlı xarici investisiyaların cəlb edilməsi üzərində işləyir. İlkin hesablamalara görə, gücündən və istehsal edəcəyi məhsulların çeşidindən asılı olaraq layihənin icrasına 2-7 mln. manat həcmində investisiya tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR