Bank Of Baku

ABŞ neft idxalını kəskin şəkildə azaldıb

ABŞ neft idxalını kəskin şəkildə azaldıb
# 31 mart 2011 07:25 (UTC +04:00)
APA-Economics”in CNN-ə istinadən xəbərinə görə, prezident qeyd edib ki, ABŞ xaricdəki qeyri-sabit vəziyyət və bütün dünyada enerjidaşıyıcılarına tələbatın artması səbəbindən idxalın 1/3 hissəsini ixtisar etməyə məcbur olub.

B.Obama ABŞ vətəndaşlarına qazla işləyən avtobus və yük maşınlarına keçməyi, həmçinin hibrid maşın və elektromobillərin istehsalını artırmağı təklif edib. bununla əlaqədar bütün dövlət standartları dəyişdiriləcək ki, 2015-ci ilədək benzin mühərrikli maşınların satışı əhəmiyyətli dərəcədə azalsın.

“ABŞ nə vaxtsa tükənəcək təbii ehtiyatlara güvənə bilməz. Onların istifadəsi həm ölkəmiz, həm də bütün planet üçün baha başa gələcək” - deyə prezident bildirib. O, neftin hazırkı yüksək qiymətlərinə görə ABŞ-ı tənqid edənlərə belə cavab verib: “ABŞ kəşf olunmuş neft yataqlarının cəmi 2%-nə sahibdir. Bu isə özlüyündə ondan istifadədən imtinaya gətirməlidir”.

B.Obamanın bu çıxışı müxalifətdə olan Respublikaçılar Partiyası tərəfindən narazılıqla qarşılanıb. Müxalifət onu enerji sektorunu məhv etməkdə və reallıqla əlaqəsi olmayan nağıllar danışmaqda ittiham edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR