Bank Of Baku

Fevralda Azərbaycanda işıq pulunun yığımı 80% olub

Fevralda Azərbaycanda işıq pulunun yığımı 80% olub
# 31 mart 2011 11:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar ayı ilə müqayisədə fevralda Azərbaycanda elektrik enerjisindən istifadə aşağı düşüb.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, fevral ayında Azərbaycanın Regional Elektrik Şəbəkələri (REŞ) üzrə ümumilikdə 567,5 mln. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da yanvar ayın ilə müqayisədə 8,3% az, ötən ilin fevralı ilə müqayisədə isə 8,2% çoxdur. Bunun 221,6 mln. kVt/saatı və ya 39%-i daimi əhali istehlakçı qrupu tərəfindən istifadə edilib. Fevral ayında əhali qrupu üzrə istifadə olunan elektrik enerjisinin həcmi yanvar ayı ilə müqayisədə 5,7% az, ötən ilin fevralı ilə müqayisədə 6,4% çoxdur.

Fevral ayında müəssisə üzrə ümumi ödəniş 79%-dən artıq olub. Ümumi ödənişdə «Şirvan» Elektrik Şəbəkəsində (EŞ) ötən ayların debitor borcu da nəzərə alınmaqla 100%-dən, 19 EŞ-də isə 90%-dən çox göstərici əldə edilib. Ümumiyyətlə, ən yüksək göstərici «Şirvan» EŞ-də (105,9%), ən aşağı isə «Sabirabad» EŞ-də (39,8%) qeydə alınıb.

Fevral ayında daimi əhali istehlakçı qrupu üzrə enerji pulunun ödənişi 80% olub ki, bu da ötən ilin müvafiq dövründən mütləq 15,2% çoxdur. Əhali qrupu üzrə ödənişdə 7 EŞ-də ötən ayların debitor borcu da nəzərə alınmaqla 100%-dən, 15 EŞ-də isə 90%-dən yuxarı nəticə qeydə alınıb. Bu sahədə ən yüksək göstərici «Zərdab» EŞ-də (ötən ayların debitor borcu da nəzərə alınmaqla 103,3 %), ən aşağı isə «Sabirabad» EŞ-də (35,8%) olub.

Ümumilikdə ilk 2 ayda müəssisə üzrə ümumilikdə 1 mlrd. 186 mln. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib, ümumi ödəniş 76%-ə yaxın olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 456,5 mln. kVt/saata yaxın olub ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 16,4 mln. kVt/saat azdır. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 10%-ə yaxın artaraq 80% olub.

Cari ilin 2 aylıq yekununda ümumi ödənişə görə ən yüksək göstərici «Şirvan» EŞ-də (101,5%), ən aşağı isə «Oğuz» EŞ-də (41,1%) qeydə alınıb. İlk 2 ayda daimi əhali istehlakçı qrupu üzrə ən yüksək göstərici «Tərtər» EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 105,5%), ən aşağı isə «Sabirabad» EŞ-də (40,1%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR