Bank Of Baku

«Neft Daşları» yatağında yeni quyu istismara verilib

«Neft Daşları» yatağında yeni quyu istismara verilib
# 31 mart 2011 15:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Neft Daşları» yatağında yeni quyunu istismara verib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu günlərdə Kompleks Qazma İşləri Trestinin «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi «Neft Daşları» yatağındakı 2415 nömrəli özüldən növbəti 2423 nömrəli quyuda qazma işlərini başa çatdırıb. Balaxanı Lay Dəstəsinin X horizontuna qazılmış quyu 1717-1707 metr intervaldan sutkada 15 ton neft verir. Quyu «Neft Daşları» NQÇİ-nin sifarişi ilə qazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR