Bank Of Baku

Külək İspaniyada elektrik enerjisinin əsas mənbəyinə çevrilib

Külək İspaniyada elektrik enerjisinin əsas mənbəyinə çevrilib
# 01 aprel 2011 07:16 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin mart ayında İspaniyada elektrik enerjisinin 21%-ni küləklər təmin edib. Bununla da külək ölkədə istehsal olunan elektrik enerjisinin mənbələri sırasında ilk dəfə olaraq liderliyə yüksəlib.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə REE (Red Electrica de Espana) şirkəti məlumat yayıb.

Ötən ilin mart ayı ilə müqayisədə elektrik enerjisində küləyin payı 5 faiz bəndi artıb. İspaniya Külək Elektrostansiyaları Assosiasiyasından bildiriblər ki, ölkədə küləkdən alınan enerji Portuqaliya kimi ölkələrin tələbatını tam ödəyə bilər.

Ümumilikdə İspaniyanın elektrik enerjisinə olan tələbatının 17,3%-ni su elektrik stansiyaları, 2,6%-ni günəş elektrik stansiyaları, 19%-ni atom elektrik stansiyaları, 12,9%-ni kömür elektrik stansiyaları, 42,2%-ni (bir il əvvəl 48,5%-ni) isə bərpa olunan enerji mənbələri təmin edib.

Qeyd edək ki, Avropada ən çox külək elektrik stansiyaları Almaniya, İspaniya və (böyük fərqlə) İtaliyadadır. Dünyada isə bu sahədə liderlik ABŞ-a məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR