Bank Of Baku

Bu il Azərbaycanda 200 qaz qəzası baş verib

Bu il Azərbaycanda 200 qaz qəzası baş verib
# 01 aprel 2011 09:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin I rübündə əhali qrupunun təbii qazdan istifadəsi zamanı 200-dək bədbəxt hadisə baş verib.

Bu barədə «APA-Economics»ə «Azəriqaz» İstehsalat Birliyinin təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin mühəndisi Tahir Kazımov məlumat verib: «Təəssüf ki, bu qəzalar nəticəsində ölüm halları da baş verib».

Ötən il isə qaz cihazları və təbii qazdan istifadə zamanı baş verən qəzaların sayı 500-ə qədər olub. T.Kazımovun sözlərinə görə, ən çox qəza halları payız-qış mövsümündə qeydə alınır. Bundan başqa, ən çox bədbəxt hadisə vanna otaqlarında quraşdırılan su qızdırıcıları («kolonka»lar) ilə əlaqədar olur.

İB-nin mühəndisi bildirib ki, belə halların qarşısını almaq üçün geniş maarifləndirmə işləri aparılır, mətbuat və reklam çarxları nümayiş etdirilir. Bundan başqa, ildə bir dəfədən az olmayaraq hər mənzilə texniki baxış keçirilir və profilaktiki işlər aparılır ki, standarta cavab verməyən qurğular aradan qaldırılsın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR