Bank Of Baku

Astara qaz kompressor stansiyası istismara qəbul edilib

Astara qaz kompressor stansiyası istismara qəbul edilib
# 01 aprel 2011 10:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Astara rayonundakı qaz kompressor stansiyasının tikinti işləri başa çatdırılıb və bu günlərdə stansiya Dövlət Komissiyası tərəfindən istismara qəbul edilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, stansiyada müasir avtomatika sistemləri və avadanlıqlardan istifadə etməklə giriş qazının təmizlənməsi, kompressorlarda 2 pillədə sıxılması, sıxılmış qazın soyudulması, qurudulması, miqdarının ölçülməsi və magistral qaz kəmərinə vurulması üzrə bütün zəruri işlər görülüb. Tikinti işləri ARDNŞ-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” tresti tərəfindən həyata keçirilib.

Qeyd edək ki, mövcud Astara qaz kompressor stansiyası Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatı məqsədilə 2005-ci ildə istismara verilib. Naxçıvan MR-in təbii qazla təchizatının daha etibarlı təmin edilməsi üçün Azərbaycanla İran İslam Respublikası arasında bağlanmış müqaviləyə uyğun olaraq qonşu ölkəyə təbii qazın ixracı məqsədilə yeni kompressor stansiyasının tikilməsi qərara alınıb.

Layihə iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə 6 ədəd 10 QKNAM markalı qaz mühərrikli kompressor aqreqatı quraşdırılmaqla mövcud kompressor stansiyası ilə birlikdə nəql edilən qazın gündəlik həcmi 3,5 milyon kubmetr səviyyəsinə çatdırılıb. İkinci mərhələdə isə kompressor aqreqatlarının sayını 10-dək artırmaqla hər iki kompressor stansiyasının gücünu 5 mln. kubmetrə çatdırmaq nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR