Bank Of Baku

Azərbaycan “Şəfəq” və “Asiman” yataqlarına dair müqavilə üzrə təminat və öhdəliklərini təsdiqləyib

Azərbaycan “Şəfəq” və “Asiman” yataqlarına dair müqavilə üzrə təminat və öhdəliklərini təsdiqləyib
# 01 aprel 2011 14:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Xəzərin Azərbaycan sektorundakı «Şəfəq» və «Asiman» dəniz blokları üzrə sazişdə Azərbaycan hökumətinin təminatı və öhdəliklərini müəyyən edib.

Nazirlər Kabineti “Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq və Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri barədə qərar qəbul edib.

Qeyd edək ki, adı çəkilən saziş Azərbaycan prezidentinin 2010-cu il 7 sentyabr tarixli sərəncamına əsasən ARDNŞ, “BP Exploration Operating Company Ltd” (“BP-Azərbaycan”) şirkəti və ARDNŞ-ın Ortaq Neft Şirkəti arasında 2010-cu il 7 oktyabr tarixində imzalanıb. 30 illik sazişə əsasən “BP Eksplation Operating Company Ltd” şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya,ARDNŞ isə qalan 50% paya malikdir.

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 km (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kv. km ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 m olduğu bir ərazidə yerləşir, kollektorun dərinliyi isə təxminən 7000 m-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR