Bank Of Baku

ARDNŞ Rumıniyada 300-ə yaxın yanacaqdoldurma məntəqəsi açacaq

ARDNŞ Rumıniyada 300-ə yaxın yanacaqdoldurma məntəqəsi açacaq
# 02 aprel 2011 09:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Ukrayna və Rumıniyada «SOCAR» brendi altında yanacaqdoldurma məntəqələrinin açılmasından danışan ARDNŞ prezidenti qeyd edib ki, artıq Ukraynada şirkətin ilk məntəqələr açılıb: «Bu il Ukraynada «SOCAR» brendi altında 17 yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi gözlənilir. Rumıniyada isə artıq müəyyən yanacaqdoldurma məntəqələri ARDNŞ tərəfindən alınıb. Proqrama əsasən, 3 il ərzində Rumıniyadakı «SOCAR» brendi altında yanacaqdoldurma məntəqələrinin sayı 300-ə yaxın olacaq».

R.Abdullayev onu da bildirib ki, İzmirdə (Türkiyə) «Petkim»in neft emalı zavodunun tikintsinə artıq başlanılıb: «Burada ilk neft məhsulları 2013-cü ilin sonunda istehsal olunaraq satılmağa başlanacaq. Bu zavodun Aralıq dənizində olması bizə imkan verir ki, neft məhsullarını bu dəniz hövzəsində olan ölkələrə sata bilək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR