Bank Of Baku

ARDNŞ işçilərinin maaşı artırılıb

ARDNŞ işçilərinin maaşı artırılıb
# 02 aprel 2011 09:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) çalışan işçilərin aylıq əmək haqları artırılıb. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ARDNŞ-da çalışan işçilərin aylıq əmək haqları aprelin 1-dən etibarən artırılıb: «Maaşlar minimum 5%, bəzi sahələrdə isə 15% artırılıb».

Qeyd edək ki, hazırda ARDNŞ-da 80 minə yaxın işçi çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR