Bank Of Baku

ARDNŞ iməcilik keçirib

ARDNŞ iməcilik keçirib
# 02 aprel 2011 12:13 (UTC +04:00)
Bakı - APA-Economics. Aprelin 2-də Dövlət Neft Şirkətinin bütün ölkə ərazisindəki idarə və müəssisələrində genişmiqyaslı iməcilik keçirilib. APA-nın məlumatına görə, iməcilikdə «Azneft» və «Azəriqaz», «Azərkimya» istehsalat birlikləri, eləcə də şirkətin digər qurumlarının kollektivi iştirak edib.
İməcilik çərçivəsində «Bibiheybət» NQİ-nin neftdən təmizlənmiş ərazilərində, Pirallahı və Çilov adalarında, Heydər Əliyev adına Dərin Özüllər Zavodunun yaxınlığındakı ərazidə, Sumqayıtdakı «sənaye zonası»nda və digər sahələrdə ağaclar əkilib, yaşıllıqlara qulluq edilib, abadlaşma işləri aparılıb. Ümumilikdə, şirkətin 30 min əməkdaşının cəlb olunduğu iməcilikdə 25 minə qədər ağac və gül kolu əkilib. İməcilikdə ARDNŞ prezidenti Rövnəq Abdullayev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR