Bank Of Baku

Azərbaycan martda benzin ixracını artırıb

Azərbaycan martda benzin ixracını artırıb
# 04 aprel 2011 13:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin mart ayında benzin ixracını kəskin artırıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi hesabat ayında 12,025 min ton avtomobil benzini, 107,240 min ton dizel yanacağı, 7,963 min ton təyyarə yanacağı, 0,999 min ton soba mazutu ixrac edib. Fevral ayına nisbətən avtomobil benzininin ixracı 7,43 dəfə, dizel yanacağının 24,1%, aviasiya benzininin 26,5% artıb, soba mazutunun ixracı isə 28,4% azalıb.

Ümumilikdə, 2011-ci ilin yanvar-mart ayları ərzində ARDNŞ 15,626 min ton avtomobil benzini, 317,188 min ton dizel yanacağı, 24,214 min ton təyyarə yanacağı, 2,395 min ton soba mazutu ixrac edilib. Ötən ilin birinci rübünə nisbətən avtomobil benzininin ixracı 2 dəfə, dizel yanacağının 29,6%, təyyarə yanacağının 7,9% azalıb, soba mazutunun ixracı isə 10,2 dəfə artıb.

Qeyd edək ki, mart ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) - 988,92 dollar, təyyarə yanacağı - 1035,76 dollar, dizel yanacağı - 955,72 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 660,13 dollar təşkil edib. Bu, bir ay əvvəlki qiymətlərdən 9,2-15,4% yüksəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR