Bank Of Baku

Liviya üsyançıları ilk neft tankerini qəbul edib

Liviya üsyançıları ilk neft tankerini qəbul edib
# 06 aprel 2011 08:03 (UTC +04:00)
Bakı - APA-Economics. Son 17 gündə ilk dəfə olaraq Liviya neftlə dolu ilk tankeri qəbul edib. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, tankerdə 1 mln. barel (130 min ton) neft olub ki, bunun da dəyəri 10 mln. dollar təşkil edib.

“Ekvator” adlı tanker Liviya üsyançılarının nəzarətində olan Marsa əl-Xariqə adlı limana daxil olub. Bu limanın yaxınlığında yerləşən Tobruk şəhərinin anbarlarında 1 mln. bareldən artıq neft olduğu bildirilir.

Üsyançılar neft satışını təmin etməklə öz silahlanmalarını maliyyələşdirə və hərbi əməliyyatları davam etdirəcəklər. Onların nəzarətində olan yataqlardan sutkada 100-130 min barel neft çıxarılır. Dünya bazarında Liviya neftinin satışı Qətər vasitəsilə həyata keçiriləcək. Çünki Liviyanın xam neft satmasına beynəlxalq sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, vətəndaş müharibəsi və beynəlxalq müdaxilə ilə nəticələnən inqilaba qədər Liviya sutkada 1,69 mln. barel neft hasil edib. hazırda hasilat 72% azalaraq gündə 390 min barelə enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR