Bank Of Baku

Azərbaycan qızıl istehsalını artırıb

Azərbaycan qızıl istehsalını artırıb
# 06 aprel 2011 12:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində «Anglo-Asian Mining» şirkətinin Azərbaycanın Gədəbəydə rayonunda yerləşən muəssisəsində 14 028 unsiya qızıl çıxarılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3% çoxdur.

«Anglo-Asian Mining» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, şirkətin cari ilin dekabr ayınadək minimal qızıl istehsalı hədəfi 60 min unsiyadır.

«Hesabat dövründə mis və gümüş istehsalında əhəmiyyətli artım olub. Belə ki, yanvar-mart aylarında 104 ton mis, 762 kg (26 879 unsiya) gümüş və 2,3 kg (81 unsiya) qızıl istahsal olunub», - deyə şirkətdən bildirilib.

Bundan başqa, ilk 400 ton mis konsentratı emal müəssisəsinə göndərilib və satış qiyməti razılaşdırılmamışdan öncə son sınaqdan keçməyini hazırda gözləyir.

Ödənilməmiş kreditlərə gəldikdə isə, «Anglo-Asian Mining» şirkəti bu məbləği ötən ilin dekabrın sonunda 30,6 mln. ABŞ dollarından cari ilin martın sonunda 22 mln. dollaradək azaldıb. «Mən şirkətin inkişafından razıyam və inaniram ki, biz 2011-ci ilin sonunadək 60 min unsiya qızıl istehsal edə biləcəyik», - deyə şirkətin icraçı direktoru Rza Vəziri bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR