Bank Of Baku

ARDNŞ martda kəşfiyyat qazma işlərini 5 dəfə artırıb

ARDNŞ martda kəşfiyyat qazma işlərini 5 dəfə artırıb
# 06 aprel 2011 14:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin mart ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 15 712 metr qazma işi həyata keçirib ki, bu da ötən ilin martı ilə müqayisədə 40% çoxdur.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, martda aparılan qazma işlərinin 14 350 metri istismara, 1 362 metri kəşfiyyata aid olub. 2010-cu ilin martına nisbətən bu il istismar qazması 31%, kəşfiyyat qazması isə 4,8 dəfə artıb.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-mart aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 40 738 metr qazma işi görülüb ki, bu da ötən ilin martı ilə müqayisədə 18% artıqdır. Qazma işlərinin bunun da 38 387 metri istismara, 2 351 metri kəşfiyyata (o cümlədən 600 metr struktur axtarış qazması) aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR