Bank Of Baku

Liviyanın şərqində neft hasilatı dayandırılıb

Liviyanın şərqində neft hasilatı dayandırılıb
# 07 aprel 2011 08:12 (UTC +04:00)
Bakı - APA-Economics. Liviyanın şərqindəki neft yataqlarında hasilat dayandırılıb. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, Liviya üsyançıları buna Müəmmər Qəddafi qoşunlarının zərbələrinin səbəb olduğunu bildiriblər.

Onların sözlərinə görə, Misldəki və Vahə vilayətindəki neft yataqları hökumət qoşunlarının zərbələrinə məruz qalıb. Çıxarılmış neft Tobruk şəhərinə, oradan isə Qətərə nəql olunacaq.

Qeyd edək ki, Qətər Liviyanın Milli Keçid Hökumətinin legitimliyini tanıyıb. Bu ölkənin üsyançılarla bağladığı sazişə görə, Qətər Liviyanın şərqində hasil olunan neftin ixracında onlara kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR