Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyinə yeni baş direktor təyin olunub

Azərbaycan Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyinə yeni baş direktor təyin olunub
# 07 aprel 2011 12:04 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə verilən məlumata görə, Şirkət prezidenti çıxışında İB-nin baş direktoru Səbuhi Əhmədovun öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunduğunu və bu vəzifəyə Daşqın İskəndərovun təyin edildiyini bildirib.

R.Abdullayev D.İskəndərovun əmək fəaliyyətindən danışıb, onun bacarıqlı kadr olduğunu vurğulayıb. Belə ki, D.İskəndərov 1991-ci ildən «28 May» NQÇİ-də əmək fəaliyyətinə başlayıb, 1999-cu ilədək orada operator, mühəndis, «Neftin və qazın ilkin hazırlanması və nəqli» sexinin rəisi, 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində texnik, istehsalat üzrə supervayzer işləyib, 2007-2010-cu illərdə «28 May» NQÇİ-nin rəisinin I müavini, daha sonra isə rəisi vəzifəsinə təyin olunub. Ötən ildən D.İskəndərov «Azneft» İB-də baş direktorun I müavini vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR