Bank Of Baku

Bakı-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli azalıb

Bakı-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli azalıb
# 07 aprel 2011 12:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin mart ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,9 mln. ton həcmində Azərbaycan nefti nəql olunub. Bu isə ötən ilin mart ayı ilə müqayisədə 5,8% azdır.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında bu kəmərlə ümumilikdə 8,6 mln. ton neft ötürülüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,3% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2011-ci il aprel ayının 1-ə qədər BTC-yə 152,1 mln. ton neft vurulub. Bundan başqa, cari ilin mart ayında BTC kəməri ilə 208,123 min ton Türkmənistan nefti nəql olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR