Bank Of Baku

Ceyhan limanından Azərbaycan neftinin ixracı martda 6% artıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı martda 6% artıb
# 07 aprel 2011 12:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin mart ayı ərzində 3,011 mln. ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb. Bu, 2010-cu ilin mart ayı ilə müqayisədə 6,02% çoxdur.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, bu həcmin 2 166 180 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-mart aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış Azərbaycan neftinin həcmi son bir ildə dəyişməz qalaraq 8,2 mln. ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2011-ci ilin aprel ayının 1-ə qədər Ceyhan limanından 150,2 mln. ton Azərbaycan nefti dünya bazarlarına nəql edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR