ARDNŞ: Novruz bayramından sonra qanunsuz tikililərin sayı artıb - İCMAL - FOTOSESSİYA
Qeyd edək ki, «Muradxanlı» neft yatağı və digər xırda mədənləri nəzərə almasaq, ARDNŞ 15 min hektar mədən sahəsində neft-qaz əməliyyatları aparır. Bu ərazilər Bakı (Abşeron yarımadası), Siyəzən və İmişlidədir.
2010-cu ilin nəticələrinə görə, təkcə «Azneft» İstehsalat birliyinin zəbt olunmuş torpaq sahələrinin həcmi 1096 hektardır. Bundan 424,4 ha «Balaxanıneft» NQÇİ-nin ərazisində, 32 ha «Bibiheybətneft» NQÇİ-nin, 130,3 ha H.Z.Tağıyev adına NQÇİ-nin, 22 ha “Siyəzənneft” NQÇİ, 487 ha Qaraçuxur İriləşdirilmiş Neft Mədəninin payına düşür.
İdarə rəisinin sözlərinə görə, bəzi neft-qaz çıxarma idarələrinin ərazisində, o cümlədən Binəqədi, Balaxanı və Bibiheybətdə ərazinin 30%-ə qədəri zəbt edilib. Bu ərazilərdə tikilən qanunsuz tikililərin dəqiq sayını demək mümkün deyil - onlar tez-tez dəyişir. Amma artıq məlumdur ki, Binəqədi Neft-Qaz çıxarma idarəsinin (NQÇİ) ərazisində 10 min, Balaxanı NQÇİ-də 5 min belə obyekt var.
Bu ərazilərdə neft ehtiyatlarına gəlincə, E.Orucovun sözlərinə görə, məsələn, Binəqədidə 12 mln. tona qədər neft ehtiyatı var: «Bunun 5 mln. ton çıxarıla bilən hissəsi qanunsuz tikililərin altında olanlardır. Balaxanı və Buzovnanın hər birində isə 7 mln. ton çıxarıla bilən neft ehtiyatı var».
İdarə rəisi bildirib ki, torpaqların zəbt olunması ARDNŞ-ın neft-qaz əməliyyatlarına ciddi çətinlik yaradır, istehsalatın genişləndirilməsinə və hasilatın artırılmasına mane olur. Bəzi qanunsuz tikililər neft kəmərlərinin üzərindədir. Bəzi ərazilərdə isə evlər hətta ixrac neft kəmərlərinin üzərində, onların 7-8 metrliyində və ya mühafizə zolağında tikilib.
Mart ayında ölkə rəhbərliyi tərəfindən qanunsuz tikililər probleminin həlli ilə bağlı bəyanatlarından sonra belə tikililərin sayı artmağa başlayıb. İdarə rəisinin sözlərinə görə, ARDNŞ-ın balansında olan torpaqlarda Novruz bayramından sonrakı dövrdə qanunsuz tikililər çoxalıb: «Heç də bütün vətəndaşlar qanunvericiliyi başa düşmür. Bu bəyanatlar hamısı o məqsədlədir ki, indiyədək aparılan qanunsuz tikililərin taleyi həll olunsun. Bir çox hallarda kimlərsə yeni əraziləri zəbt edib o siyahılara düşmək niyyətindədirlər. Ona görə də mart ayının ikinci yarısında onlar fəallaşıblar».
İndi ARDNŞ qanunsuz tikililərin qarşısını almaq üçün həm yeni tikililərə mane olmağa çalışır, həm də əvvəllər tikilən obyektlərə qarşı məhkəmə iddiaları qaldırır. Ümumilikdə son bir neçə il ərzində ARDNŞ-ın balansında olan qanunsuz tikililərlə bağlı 2700 məhkəmə işi qaldırılıb. Təkcə Bibiheybət ərazisində 2010-cu ilin sonunadək 600-ə yaxın məhkəmə qətnaməsi qüvvəyə minib. Balaxanıdakı tikililər üzrə 114 qərar qəbul olunub. Ümumiyyətlə yalnız hasilatın pay bölgüsü sazişləri olan müqavilə sahələri üzrə məhkəməyə 1046 iş təqdim olunub. “Azneft” İB-nin istifadəsində olan torpaqlardakı qanunsuz tikililərlə bağlı 1000-dən artıq iş var. 168 məhkəmə işi neft kəmərlərinin üzərində inşa edilmiş tikililərə aiddir. 600-dən çox məhkəmə işi isə «Azəriqaz» İB-ə - qaz kəmərlərinin üstündəki qanunsuz tikililərə aiddir.
Brifinqdə jurnalistlərə torpaq mübahisələri ilə bağlı məhkəmə işləri nümayiş etdirilib: “Bu, təkcə Bibiheybətə aid son bir ildə qəbul olunan məhkəmə qərarlarıdır, başqa ərazilərə aid olanlar da var. Bu qərarlar əsasında indiyədək yüzlərlə qanunsuz tikili sökülüb. Bəzi ərazilərdə isə qanunsuz tikililərin bundan sonra yayılmasının qarşısını almaq üçün hətta onları hasara almaq təklif olunur”.
Hüquq idarəsinin rəisi “APA-Economics”ə etiraf edib ki, qanunsuz tikililərlə bağlı məhkəmə prosesləri həddindən artıq çox olduğundan, bu işlərlə məşğul olmaq üçün özəl hüquq şirkətlərindən də hüquqşünaslar cəlb etməli olub: “Amma heç də bütün məhkəmə işlərini udmaq mümkün olmur. Qarşı tərəf və onların vəkilləri bir çox üsullardan, o cümlədən hüquqi xırdalıqlardan istifadə etməklə işə baxılmasını ləngidir və öz xeyrinə qərarların qəbul olunmasına nail olurlar».
Qanunsuz tikili sahibləri ilə yanaşı, Neft Şirkəti vətəndaşlara saxta sənədlər verən bələdiyyələri də məhkəməyə verib: “Çünki belə vəziyyətin yaranmasının əsas səbəbkarlarından biri də adamları belə sənədlərlə təmin edən bələdiyyələrdir. Bizə ən böyük çətinliyi bələdiyyələr yaradır”.
Hazırda ARDNŞ-ın hüquqşünasları «Bibiheybət» NQÇİ-nin ərazisində olan Bibiheybət və Badamdar bələdiyyələri ilə, Binəqədi NQÇİ üzrə Xocahəsən və Binəqədi bələdiyyələri, eləcə də Buzovna və digər qəsəbələrin bələdiyyələri ilə məhkəmə mübahisəsi aparır. Səbəbi də odur ki, bu bələdiyyələr onlara aid olmayan torpaqları fiziki şəxslərə paylayıblar: «Halbuki bu torpaqlar Neft Şirkətinin balansındadır, bələdiyyələrin özünə məxsus olan torpaqların isə yekun sənədi, ümumiyyətlə, mövcud deyil».
İdarə rəisinin sözlərinə görə, bələdiyyələrin saxta sənəd verdiyi sakinlər evləri söküləcəyi təqdirdə, onlara dəyən ziyanı ödəmək üçün bələdiyyələrin özünü məhkəməyə verə bilərlər. Hərçənd bu məsələ hüquqi baxımdan perspektivli olsa da, praktiki baxımdan o qədər də asan deyil. Bələdiyyələrin maddi vəziyyətini nəzərə alanda, onların bu zərəri ödəmək qabiliyyəti o qədər də inandırıcı görünmür.
Brifinqdə məlum olub ki, ARDNŞ-ın hüquqşünasları hüquq-mühafizə orqanlarının bu məsələdəki fəaliyyətindən o qədər də razı deyil: “Biz onlara müraciət edirik, imkan olanda bizə köməklik göstərirlər. Amma elə hallar da olur ki, biz qanunsuz tikinti hallarını aşkar edirik, onun qarşısını almaq üçün həmin əraziyə icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri də dəvət olunur. Amma bəzən onlar burda iştirak etmirlər. Məncə, qanunsuz tikilinin qarşısını vaxtında almaq daha yaxşı olardı. Çünki tikinti başa çatıb əhali yaşayanda bu proses daha da uzanır”.
Qeyd edək ki, aprelin 1-dən etibarən ARDNŞ-da qanunsuz tikililərlə mübarizəyə həsr olunmuş yeni təlimat qüvvəyə minib. Orda xüsusi mexanizmlər, hər bir halla bağlı məsul şəxslər müəyyən olunub və onlar qanunsuz tikililərlə bağlı müraciətləri konkret ünvanlara - Dövlət Neft Şirkətinə, Təhlükəsizlik İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə və hüquq-mühafizə orqanlarına çatdırır.
Xəbər Lenti
ABŞ rəsmisi: İranla danışıqlar texniki səviyyədə davam edir
FHN Bazardüzü zirvəsi istiqamətində xəsarət alan alpinisti xilas edib - VİDEO
Putin Zelenskinin Belarusa qarşı təhdidlərini Lukaşenko ilə ətraflı müzakirə etmədiyini deyib
Türkiyədə 3,6 bal gücündə zəlzələ olub
Türkiyə XİN: İsrail 1915-ci il hadisələri ilə bağlı qərarı ilə öz cinayətlərini ört-basdır etməyə çalışır
Venesuelada zəlzələnin dağıntıları altından 33 nəfər xilas edilib
Qətər vətəndaşı gəmidə qəlpə yaralarından ölüb
Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb - FOTO
Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd ola bilər
Böyük Britaniyada anomal istilər davam edir, ölənlər var
Vilayəti: "Hizbullah" Livanın müstəqilliyinin dayağıdır
Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub - FOTOLENT
Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
İsrail ordusunun Baş Qərargah rəisi: Livanla tarixi razılaşma hərbi uğurlar sayəsində mümkün olub
Venesuelada zəlzələnin miqyası böyüyür, 60 min bina dağılıb və ya zədələnib
Ağdərədə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - FOTO - YENİLƏNİB-3
ÜST-ün baş direktoru: Avropada isti havalara görə, 1300-dən çox ölüm hadisəsi qeydə alınıb
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb - YENİLƏNİB
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTOLENT - YENİLƏNİB-2
Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal qazanıb
Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib, layihə Knessetə çıxarılacaq
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
DİM: İyunun 27-də keçirilməli olan qabiliyyət imtahanı təxirə salınıb, iyulun 7-də keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-2
Sabah çimərliklərdə hava küləkli olacaq
Bakıda külək əsir, rayonlarda yağış yağır - FAKTİKİ HAVA
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Azərbaycanın rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
KİV: Ukrayna Rusiya hərbi-sənaye kompleksinə zərbələrin sayına görə rekord müəyyənləşdirib
Kallas: Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
DÇ-2026: Messi dünya mediasının gündəmi olub
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb
Keniyada təhsildə ingilis dilinə etiraz edilir
Təhlükəli motosiklet sürücüsünü polis saxlayıb
Venesuelada zəlzələ qurbanlarının sayı getdikcə artır - YENİLƏNİB
İsrail ordusu Livanda “Hizbullah” üzvlərini öldürdüyünü açıqlayıb
DÇ-2026: pley-off mərhələsinə yüksələn komandalar və turnir cədvəlində son vəziyyət