Bank Of Baku

Azərbaycan elektrik enerjisi istehsalını 60% artırıb

Azərbaycan elektrik enerjisi istehsalını 60% artırıb
# 11 aprel 2011 15:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin mart ayında Azərbaycan enerji sistemində 2 mlrd. kV/saata yaxın elektrik enerjisi istehsal edilib.

«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ölkədə istehsal olunmuş elektrik enerjisinin həcmi əvvəlki ayla müqayisədə 5,3%, ötən ilin mart ayı ilə müqayisədə isə 17,6% artıb.

Mart ayında göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,8 mlrd. kV/saata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,2 mlrd. kV/saatdan artıq elektrik enerjisi istehsalı düşüb.

Bununla yanaşı, ay ərzində Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.

«Cari ilin I rübü ərzində isə ölkənin enerji sistemində 5,6 mlrd. kV/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalının həcmi 60% artıb. Hesabat dövründə Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin 5,1 mlrd. kV/saatdan çoxu İES-lərin, 0,5 mlrd. kV/saata yaxını isə SES-lərin payına düşüb», - deyə ASC-dən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR