Bank Of Baku

Gürcüstanda daha bir SOCAR yanacaqdoldurma məntəqəsinin açılışı olub

Gürcüstanda daha bir SOCAR yanacaqdoldurma məntəqəsinin açılışı olub
# 11 aprel 2011 20:09 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda investisiya proqramının davamı olaraq, “SOCAR Energy Georgia” şirkətinin törəmə müəssisəsi olan “SOCAR Georgia Petroleum” MMC Tbilisi şəhərində SOCAR brendi ilə işləyən daha bir yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.
Qldani yaşayış massivində yerləşən bu yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi ilə “SOCAR Energy Georgia” şirkətinə məxsus YDM-in sayı 66-ya çatıb.
Açılış mərasimində ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin direktoru, “SOCAR Energy Georgia” MMC-in baş direktoru Mahir Məmmədov, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR