Bank Of Baku

Azərbaycan neftinin qiyməti 28 aylıq maksimuma çatıb

Azərbaycan neftinin qiyməti 28 aylıq maksimuma çatıb
# 12 aprel 2011 09:21 (UTC +04:00)
Bu, neftin 2011-ci il üçün dövlət büdcəsində nəzərdə tutulan baza qiymətindən 2,17 dəfə artıqdır.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsindən «APA-Economics»ə verilən məlumata görə, artıq ötən həftənin sonunda London birjasında keçirilən hərraclarda «Azeri Light» markalı neftin qiyməti 130,15 dollar olub. Aprelin 11-də qiymətlər cüzi azalsa da, yenə də 130 dollardan yüksəkdir – 130,13 dollar. Bu, son 28 ayda neftin ən yüksək qiymətidir – sonuncu dəfə Azərbaycan nefti 130 dollara 2008-ci ilin iyulunda satılıb.

Ümumilikdə, 2011-ci ilin ilk üç ayında Azərbaycan neftinin orta qiyməti 108,26 dollar olub ki, bu da büdcədə nəzərdə tutulan həddən 1,8 dəfə artıqdır. Maliyyə nazirinin müavini Azər Bayramovun sözlərinə görə, neftin nəzərdə tutulandan artıq qiymətə satılması nəticəsində dövlət büdcəsinə təkcə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən («Əsrin müqaviləsi»nə daxil olan yataqların işlənməsi üzrə konsorsium) 280 mln. manat əlavə vəsait daxil olub. ARDNŞ-dən daxil olan əlavə vəsaitin həcmi isə dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR