Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi martda sabit qalıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi martda sabit qalıb
# 13 aprel 2011 07:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0% təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində emal sənayesi üzrə istehsalçı qiymətləri 0,2% bahalaşıb, mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə istehsalçı qiymətlərində dəyişiklik müşahidə olunmayıb. Mart ayında emal sənayesi üzrə istehsalçı qiymətləri kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 9,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,2%, toxuculuq sənayesi, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,7%, kimya sənayesi üzrə 0,4%, mebel istehsalı, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 0,3%, qida məhsullarının istehsalı, neft məhsullarının istehsalı üzrə 0,1% bahalaşıb, tütün məmulatlarının istehsalı üzrə 1,8%, elektrik avadanlıqlarının istehsalı üzrə 0,5%, içki istehsalı üzrə 0,3%, poliqrafiya fəaliyyəti üzrə 0,1% ucuzlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR