Bank Of Baku

İran Qərbin sərnişin təyyarələrinə yanacaq doldurmaqdan imtina edib

İran Qərbin sərnişin təyyarələrinə yanacaq doldurmaqdan imtina edib
# 13 aprel 2011 13:55 (UTC +04:00)
Bakı - APA-Economics. İran hökuməti yerli aeroportlarda Qərb ölkələrinin sərnişin təyyarələrinə yanacaq doldurmaqdan imtina edib.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə İranın birinci vitse-prezidenti Məhəmməd Reza Rəhimi açıqlama verib.

Onun sözlərinə görə, hökumətin qərarı Avropaya uçuşlar həyata keçirən İran aviaşirkətlərinə də aiddir. Rəhimi qadağanın nə qədər davam edəcəyini deməyib.

Qeyd edək ki, son aylar Qərbin bir sıra neft şirkətləri, o cümlədən BP, “Shell”, OMV və “Total” kompaniyaları İran təyyarələrinə yanacaq doldurmaqdan imtina edib. Onlar bu addımı nüvə proqramı ilə əlaqədar İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalarla əlaqələndiriblər.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən İrana qarşı tətbiq olunan sanksiyalarda İran təyyarələrinə yanacaq vurmaq, ABŞ tərəfindən tətbiq olunan sanksiyalarda isə İranın aviadaşıyıcılarına yanacaq satmaq qadağan edilir. İran bu qərardan Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) şikayət edib. İCAO-dan isə bildiriblər ki, bu cür mübahisələri təşkilatın üzvləri öz aralarında həll etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR