Bank Of Baku

Dünyada xam neftə olan gündəlik tələbat 87,94 mln. barelə çatacaq

Dünyada xam neftə olan gündəlik tələbat 87,94 mln. barelə çatacaq
# 14 aprel 2011 07:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il ərzində dünya iqtisadiyyatında xam neftə olan gündəlik tələbat 87,94 mln. barelə çatacaq.

«APA-Economics»in məlumatına görə, bu barədə Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) dərc olunmuş məruzəsində bildirilir. Əvvəlki gündəlik proqnoz 110 min barel artırılıb.

Məruzədə hazırda təbii fəlakət nəticəsində Yaponiya iqtisadiyyatının üzləşdiyi zərərin tam qiymətləndirməsinin mümkün olmadığı bildirilir. Məhz buna görə 2011-ci il üçün dünya iqtisadiyyatının inkişafı proqnozu 4%-dən 3,9%-dək azaldılıb. Buna baxmayaraq, OPEC-ə üzv olmayan ölkələrdə gündəlik neft hasilatı 2011-ci ildə 580 min barel artaraq 52,84 mln. barelə çatacağı gözlənilir. OPEC-ə üzv olmayan və üzv olan ölkələrdə neft hasilatının həcmini, həmçinin maye qazın və neftin digər sortlarının təchizatını nəzərə alaraq, dünya iqtisadiyyatının OPEC-in neftinə olan gündəlik tələbatı 29,85 mln. barel təşkil edəcək.

Qeyd edək ki, cari ilin mart aynda Liviyada baş verən hadisələr nəticəsində OPEC-ə üzv olan ölkələrdə neftin gündəlik hasilatı 626,7 min barel azalaraq 29,31 mln. barelə düşüb.

Xatırladaq ki, martda OPEC-in neftinin qiyməti 9,55 ABŞ dolları artaraq 109,84 dollar/barel təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR