Bank Of Baku

Avropa İttifaqı enerjidaşıyıcılarına tətbiq olunan vergilərlə bağlı radikal islahata hazırlaşır

Avropa İttifaqı enerjidaşıyıcılarına tətbiq olunan vergilərlə bağlı radikal islahata hazırlaşır
# 14 aprel 2011 09:34 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa İttifaqı enerjidaşıyıcılarına tətbiq olunan vergilərlə bağlı irimiqyaslı islahat aparmağa hazırlaşır. “APA-Economics”in xəbərinə görə, bu barədə Avropa Komissiyası açıqlama yayıb.

İslahatda məqsəd enerji səmərəliliyini və ekoloji təmiz yanacaqdan istifadəni, eləcə də vahid Avropada enerji rəqabətinin səviyyəsini yüksəltməkdir. Hakimiyyət orqanları enerjidaşıyıcılarına tətbiq olunan vergi dərəcələrini onların istifadəsində buraxılan karbon qazının və əldə olunan enerjinin həcminə görə müəyyənləşdirilməsini təklif edir. Hazırda enerjidaşıyıcılarına tətbiq olunan vergi dərəcələri istifadə olunan yanacağın həcmindən asılıdır.

Yeni norma 2013-2023-cü illər arasında bir neçə mərhələdə tətbiq olunacaq. Nəticədə digər enerjidaşıyıcıları ilə müqayisədə motor yağına vergi dərəcəsi tərkibində daha çox karbon qazı olduğuna və daha çox enerji əldə olunduğuna görə yüksək olacaq. Ekspertlərin fikrincə, kömürün vergi dərəcəsi artıq 2013-cü ildən artırıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR