Bank Of Baku

Bakı Neft Emalı Zavodunda katalitik krekinqin təmiri istehsalın artmasına səbəb olub

Bakı Neft Emalı Zavodunda katalitik krekinqin təmiri istehsalın artmasına səbəb olub
# 14 aprel 2011 09:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 55 nömrəli katalitik krekinq qurğusu əsaslı təmirdən sonra istismara verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təmirdən sonra qurğunun işi daha da yaxşılaşıb, alınan məhsulların keyfiyyət və kəmiyyət göstəriciləri xeyli yüksəlib.

Təmir zamanı R-201 reaktorunda mühüm işlər görülüb ki, bu da qurğunun müvəffəqiyyətlə istismar olunmasına zəmin yaradıb. Təmir müddətində katalitik krekinq və hidrotəmizləmə qurğularının TDS (istehsalatın avtomatik idarəetmə sistemi) sistemi təkmilləşdirilərək işə buraxılıb. Əsaslı təmir işlərindən, həmçinin daha mükəmməl yeni elektron sistemin tətbiqindən sonra idarəetmə daha da asanlaşıb, istehsal göstəriciləri xeyli yüksəlib. Belə ki, mart ayında qurğuya emal üçün 135 182 ton vakkum qazoylu, 1 067 ton maye qaz başlığı, 2 442 ton quru qaz emala göndərilib və nəticədə 17 833 ton maye qaz, 16 843 ton yüngül fleqma, 21 109 ton ağır fleqma istehsal olunub. Bu göstərici isə əvvəlki aylarla müqayisədə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR