Bank Of Baku

Abşeron və Sumqayıtda qazlaşdırma davam edir

Abşeron və Sumqayıtda qazlaşdırma davam edir
# 14 aprel 2011 15:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi “2009-2013-cü illər Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı” çərçivəsində Abşeron inzibati rayonunun 16 kənd və qəsəbəsində əhali kateqoriyasına aid 47 236 abonent vardır.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, ötən müddət ərzində rayon mərkəzi və 12 yaşayış məntəqəsi, o cümlədən Qobustan kəndi təbii qazla təmin olunmuş, abonentlər sayğaclaşdırılıb.

Bu yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” İB tərəfindən 2009-2011-ci ilin I rübü ərzində ümumilikdə 149,9 km uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilib. Cari ildə rayonun Qobu qəsəbəsindəki yeni yaşayış massivinin, Digah, Qobu, Məhəmmədi, Novxanı, Mehdiabad kəndlərinin qazlaşdırılması nəzərdə tutulub. Bundan başqa, Masazır qəsəbəsi üçün yeni daşıyıcı qaz kəmərləri çəkiləcək, qəsəbədaxili qaz kəmərləri, Saray qəsəbəsində daxili qaz kəmərləri yenidən qurulacaq, eləcə də yeni yaşayış massivləri qazlaşdırılacaq. Fatmayı və Goradil kəndlərinin və bağ massivlərinin daşıyıcı qaz kəmərlərinin polietilen borularla tikilməsi, Hökməli bələdiyyəsinin ərazisində yerləşən Atyalı və Nübar qəsəbələrinin qazlaşdırılması, Ceyranbatan qəsəbəsinin yeni yaşayış massivlərində qazlaşdırma işlərinin tamamlanması da 2011-ci ildə “Azəriqaz” İB tərəfindən görüləcək işlər sırasındadır.

Bundan başqa, cari ildə Hökməli kəndinin girişindən Hökməli tibb mərkəzinədək yeni qaz kəmərinin çəkilməsi və Novxanı qəsəbəsindəki yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur.

Artıq 29 kənd və qəsəbəsi olan Xızı rayonunun mərkəzi hissəsi də daxil olmaqla 14 yaşayış məntəqəsində 2 950 abonent qazla təmin edilib. Cari ildə birlik tərəfindən Xızı rayonunun Yeni Yaşma, Giləzi, Şurabad, Sitalçay qəsəbələrində, eləcə də Findığan, Xələnc, Köhnə Yaşma kəndlərindəki qaz kəmərlərinin yenidən qurulması nəzərdə tutulub.

Ötən müddət ərzində Sumqayıt şəhəri və şəhərin 2 qəsəbəsində əhali kateqoriyasına aid 77 581 abonent təbii qazla təmin olunmuş, istehlakçılar qaz sayğacları ilə təchiz edilib. Sumqayıt şəhərinin qaz təminatının yaxşılaşdırılması üçün “Azəriqaz” İB tərəfindən 2010-cu ildə və 2011-ci ilin I rübü ərzində ümumilikdə 11,6 km uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilib. Cari ildə Corat qəsəbəsinin 1-ci və 2-ci məhəllələrində qazlaşdırma işlərinin tamamlanması, 21-ci mikrorayonun, “Yaşıl dərə”, “Kompressor zavodu” və “Əşya bazarı” ətrafındakı yaşayış massivlərinin qazlaşdırılması, 20-ci mikrorayonda qazlaşdırma işlərinin başlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR