Bank Of Baku

Azərbaycanda sənaye istehsalı I rübdə 0,3% artıb

Azərbaycanda sənaye istehsalı I rübdə 0,3% artıb
# 15 aprel 2011 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində Azərbaycanın sənaye sahəsində hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 7,5 mlrd. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 0,3% çoxdur. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,8% artaraq sənaye məhsulunun 20,6%-ni təşkil edib, neft-qaz sektorunda isə məhsul istehsalı 2,2% azalıb.

Komitənin məlumatında deyilir ki, sənaye məhsulunun 5,5 mlrd. manatı və ya 74%-i mədənçıxarma bölməsində, 1,4 mlrd. manatı, yaxud 19,3%-i emal bölməsində, 454,3 mln. manatı və ya 6,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 44,2 mln. manatı, yaxud 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Bununla yanaşı, hesabat dövründə emal bölməsində məhsul istehsalı 3,4% artıb, bölmənin məhsullarından qida məhsulları istehsalı 8,2%, içki istehsalı 11,3%, toxuculuq sənayesi məhsulları istehsalı 15,8%, geyim istehsalı 67,7%, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 80,8%, ağac emalı və ağacdan məmulatlar istehsalı 50,4%, kağız və karton istehsalı 35,3%, kimya sənayesi məhsulları istehsalı 54,2%, metallurgiya sənayesi məhsulları istehsalı 2,1 dəfə, elektrik avadanlıqları istehsalı 2,4 dəfə, maşın və avadanlıqların istehsalı 5,6%, avtomobil və qoşquların istehsalı 2,5 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 11,5% artıb.

Qeyd edək ki, yanvar-mart aylarında ölkədə istehsal olunmuş sənaye məhsulunun 99,8%-i istehlakçılara göndərilib, bununla belə, müəssisələrin anbarlarında 226,2 mln. manatlıq hazır məhsul qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR